BİZ KİMİK

“Azertelecom” MMC Azərbaycanda telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə, beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında işləmək məqsədilə təsis edilmişdir. Şirkətin şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.

 

“Azertelecom” MMC-nin pay sahibləri Azerfon (44,2%), Bakcell (50,8 %) Aztelekom (2,5%) və “BTR” (Bakı Telefon Rabitəsi)  MMC (2,5%)-dir.

 

Şirkət səsli rabitə, internet, VPN (virtual şəxsi şəbəkə), VoIP (İP şəbəkəsi üzrə səsin ötürülməsi) və mövcud ümumi istifadəli telefon şəbəkəsi xətlərinin inteqrasiyası daxil olmaqla, müxtəlif sabit xidmətləri əhatə edən lisenziyalara malikdir. Lisenziyalar haqqında ətraflı məlumat üçün buraya daxil olun.

 

“Azertelecom” MMC Keyfiyyəti İdarəetmə Sistemini icra etmiş və 13 may 2011-ci il tarixində Beynəlxalq İSO 9001:2008 Standartları üzrə Uyğunluq Sertifikatını əldə etmişdir.

 

“Azertelecom” MMC-nin İSO-nu icra etmək barədə qərarları Missiya, Plan və Göstəricilər çərçivəsində həyata keçirilən müştəri istəklərinə əsaslanır. Bu proseslərə əsaslanmaqla, Azərtelekom bazarda uğurlu rəqabət aparmalı, müştərilərini yüksək səviyyəli xidmətlə təmin etməli və onların etibarlılığını qazanmalıdır.

 

“Azertelecom” MMC mütəmadi olaraq telekommunikasiya üzrə müxtəlif beynəlxalq sərgi, seminar və müşavirələrdə iştirak edir.

 

“Azertelecom” MMC-nin Baş icraçı direktoru Fuad Allahverdiyevdir.

 

Şirkət Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun qızıl üzvüdür (CEİBC).   

 

"Azertelecom" MMC Amerikanın Azərbaycandakı Ticarət Palatasınının (AMCHAM) daimi üzvüdür.