İNTERNETİN TOPDANSATIŞI


“Azertelecom” MMC beynəlxalq internet trafikini Azərbaycana gətirib onu yerli internet provayder bazarlarında satmaq üzrə lisenziyaya malikdir. Şirkətin təqdim etdiyi internet xidməti tam şəkildə mühafizə olunur, belə ki, şirkət müxtəlif Rusiya Gürcüstan və İran istiqamətlərində hər biri 2 fərqli rabitə baglantılarına malik şəbəkəyə sahibdir.

 

"Azertelecom" MMC alış həcminə əsaslanmaqla, internet provayderlərə sərfəli və ədalətli qiymətlər təklif edir. Provayderlər, həmçinin kanalların həcminin çevik idarə olunması imkanlarından da yararlana bilirlər.

Şirkət internet trafikləri təklif etməklə yanaşı, internet provayderlərə öz şəbəkələrini Bakıda və bölgələrdə inkişaf etdirmək üçün Ethernet-portlar da təqdim edir.

Əlavə məlumat və ya istəyinizlə bağlı təklifin alınması üçün bizə müraciət edə bilərsiniz.