MOBİL ŞƏBƏKƏLƏRDƏ NƏQLETMƏ


Texnologiyanın inkişafı və mobil rabitənin rolunun davamlı şəkildə artması ilə mobil operatorlar öz baza stansiyaları və HAB-ları arasında nəqliyyat qabiliyyətinə daha çox ehtiyac duyurlar.


3G/4G texnologiyalarının inkişafı və tətbiqi bu ehtiyacı gələcəkdə daha da intensivləşdirəcək. Yeni nəsil mobil rabitəyə keçid internet, əyləncə və s. kimi əlavə dəyər xidmətlərinə olan ehtiyacın daha da artmasına səbəb olacaq. Bütün bu xidmətlər mobil rabitə operatorlarına olan tələbləri daha da artırır.


“Azertelekom” MMC Azərbaycan bazarında sərfəli qiymətlər təklif edir və müasir Mobil şəbəkələrdə nəqletmə xidmətini təqdim edir. Şirkətin mobil şəbəkələrdə nəqletmə xidməti geniş DWDM/SDH şəbəkələr vasitəsilə təmin edilir. Bu xidmət Naxçıvan Muxtar Republikası da daxil olmaqla, əsas regional mərkəzləri əhatə edir.

Şirkət mobil şəbəkələrdə nəqletməni IP texnologiyalar vasitəsilə də təmin etmək imkanına malikdir.

Əlavə məlumat və təklifləriniz üçün bizə müraciət edə bilərsiniz.