MİSSİYA VƏ HƏDƏFLƏRİMİZ

Bizim vizionumuz:

Bizim vizionumuz əhali, şirkətlər və müəssisələr üçün müasir rabitə xidmətləri sahəsində birinci seçim və yeganə provayder olmaqdır.

Missiya və hədəflərimiz:

Bizim missiya və hədəflərimiz müştərilərimizin həyat tərzini zənginləşdirmək və bazarı giriş üçün rahat, istifadə üçün asan etməklə, eləcə də səsli rabitə, məlumat və geniş diapazon sahəsində müasir xidmətlər göstərməklə, onların biznesinin daha uğurlu olmasını təmin etməkdir.

Əsas göstəricilərimiz:

“Azertelecom” MMC və onun peşəkar komandası müştərilərinin etibarına inanır. Şirkət bu etibara aşağıdakı prinsipləri rəhbər tutmaqla nail olur:

•      Müştərilərə ilin 365, həftənin 7 günü, günün 24 saatı etibarlı xidmət göstərməklə;
•      Müştərilərlə birgə sabit inkişafa nail olmaqla;
•      Müştərilərin tələblərini ödəmək və onların inkişafına dəstək olmaqla;
•      Müştəri yönümlülük prinsipini fəaliyyətdə əsas tutmaqla;
•      Bütün məhsul və xidmətləri müştərilərin tələbləri əsasında qurmaqla.