BİZİM ŞƏBƏKƏ

Dünya miqyasında gedən inkişaf tendensiyası və ümumilikdə telekom sektorunda paradiqmaların dəyişməsi artıq dünya miqyasında bütün dövlətlərə təsir edir. Azərbaycanın Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşməsini, tarixən iri kommunikasiya yollarının buradan keçməsini nəzərə alsaq şübhəsiz ki, bu inkişaf prosesləri ölkəmizin telekom sektoruna da öz təsirini göstərir.

Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sektorunda qabaqcıl şirkət olan “Azertelecom” MMC geniş və şaxələnmiş daxili və beynəlxalq şəbəkəyə sahibdir və bu şəbəkə şirkətin fəaliyyətini diversifikasiya etməyə, ölkəyə internet xidmətini gətirməyə, bu strateji xidməti və eləcə də digər innovativ telekommunikasiya xidmətlərini dövlət və özəl qurumlara beynəlxalq standartlara uyğun və keyfiyyətli şəkildə təqdim etməyə imkan verir. Şirkət dünya telekommunikasiya sferasında olan yeni paradiqmaları öz fəaliyyətində tətbiq edir.